“Qarabağ”dan ispaniyalı futbolçu ilə 2 illik müqavilə – RƏSMİ

“Qarabağ” futbolçusu Miçellə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.

2015-ci ildən bu komandada çıxış edən Miçel 144 oyunda 29 qolla yadda qalıb, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, “Qarabağ”da bir müddət əvvəl Qara Qarayevlə də müqavilə yenilənmişdi.