“Qarabağ”dan azarkeşlərinə jest

“Qarabağ” sabah, saat 21:00-da Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da Albaniyanın “Partizani” klubuyla qarşılaşacaq.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” klubunun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.

Belə ki, sabah saat 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.

“Qarabağ” “Partizani” ilə ilk görüşdə qolsuz bərabərə qalıb – 0:0.