“Qarabağ”dan azarkeşlərinə jest

“Qarabağ”ın rəsmi fan-şopunda başlayan “Sunny Friday” adlı endirim kampaniyası davam edir.

Komanda.az xəbər verir ki, azarkeşlərin bu kampaniyaya marağını nəzərə alan klub, kampaniyanın müddətini 5 dekabr tarixinə kimi uzadıb.

Azarkeşlər “Qarabağ”ın rəsmi məhsullarını qeyd olunan tarixə kimi Park Bulvarda yerləşən fan-şopdan 40 faiz endirimlə əldə edə bilərlər.