“Qarabağ”dan ayrılan Miçel 4-cü liqa klubuna keçdi

2019/20 mövsümünün sonunda “Qarabağ”dan ayrılan Miçel Maderanın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçi ölkəsinin “Marino” komandasına keçib.

Məlumatı Terserada (səviyyəcə dördüncü liqa) çıxış edən klubun rəsmi saytı yayıb.

35 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.