“Qarabağ”dan ayrılan futbolçu Rumıniya klubunda

Keçən mövsümün sonunda “Qarabağ”dan ayrılan Maqaye Qeye karyerasını Rumıniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu bu ölkənin “Dinamo” klubu ilə anlaşıb. Bu barədə komandanın baş məşqçisi Kosmin Kontra Rumıniya mətbuatına açıqlamasında bildirib.

Buxarest təmsilçisi üçün tibbi müayinədən keçən Qeye klubla azad agent kimi müqavilə imzalayıb. Onun yığma komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra “Dinamo”ya qoşulacağı bildirilir.