“Qarabağ”dan ayrılan futbolçu “Milan”a keçir FOTO

“Qarabağ”dan ayrılan Asmir Beqoviç karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 32 yaşlı qapıçı “Milan”a transfer olunacaq. Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. Xəbərdə, Beqoviçin “qırmızı-qaralar” üçün Milan şəhərinə gəldiyi və tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı bildirilir. Sözləşmənin detalları isə məlum deyil.

Müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan, 2019-cu ilin sentyabrında “Qarabağ”a keçən Beqoviç, Ağdam təmsilçisi ilə dekabrın sonuna kimi müqavilə imzalamışdı.

Bosniya ve herseqovinalı qapıçı “Qarabağ” formasıyla 17 oyuna çıxıb.