“Qarabağ”dan 4 illik müqavilə


Cari mövsümün əvvəlində “Qəbələ”dən 1 illik icarə əsasında “Qarabağ”a keçən Hacıağa Hacılıyla yeni müqavilə imzalanıb. 

Komanda.az xəbər verir ki, “köhlən atlar” “Qəbələ”ylə danışıqlar apararaq, yarımmüdafiəçini tam hüquqlarıyla transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hacılıyla 4 illik sözləşmə imzalanıb.