“Qarabağ”dan 3 qol gözləmirdik” – Kombuare

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Birinci hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. İkinci hissədə 12 dəqiqəyə 3 qol vurdular. Buna görə onlara afərin deyirəm. Bravo!
  • İstefa verməyi düşünürsüz?
  • Təbii ki, yox. Futbolda udmaq da olar, uduzmaq da. “Qarabağ”ı revanş üçün gözləyəcəyik.
  • Oyundan öncə fransalı azarkeşlər yazırdı ki, “uduzsanız, Fransaya gəlməyin”. Bu məğlubiyyəti necə izah edəcəksiz onlara?
  • Mən bu suala cavab vermək istəmirəm. Biz evə qayıtmalıyıq. Qarşıda Liqa 1 çərçivəsində vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm.
  • Püşk atılarkən düşündüyünüz mənzərə ilə indiki mənzərə arasında nə kimi fərqlər var?
  • Bizim 6 oyunumuz var. Birini udduq, birini uduzduq. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da qalib gələk.
  • “Qarabağ” haqqında bu günə qədər nə düşünürdüz, indi nə düşünürsüz?
  • Mən əvvəl də demişdim, “Qarabağ” çox güclü komandadır. Əvvəldən bilirdik ki, çətin olacaq. Lakin 3 qol buraxacağımızı gözləmirdik.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button