“Qarabağ”da Romeronun durumuna aydınlıq gəldi

Dünən “Zirə”ylə matçda zədələnən “Qarabağ”ın futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, ispan oyunçunun çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib.

Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları çərçivəsində oktyabrın 3-də “Düdelanj”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button