İspan futbolçu “Qarabağ”dan ayrılır

“Qarabağ” klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

“Köhlən atlar” ispan yarımmüdafiəçiylə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edə bilər.

Miçel 2015-ci ildən Ağdam klubunda çıxış edir.

“Qarabağ” daha əvvəl Maqaye Qeye, Ailton Silva, Vaqner da Silva, Faysal Rerras, Nicat Mehbalıyevlə yollarını ayırmışdı. Komandanın kapitanı Rəşad Sadıqov isə keçən mövsümün sonunda karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button