“Qarabağ”ın keçmiş əməkdaşı Türkiyə klubunun baş məşqçisi oldu

“Qarabağ”da işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Adanaspor”un baş məşqçisi təyin edilib.

Karaveli ilə müqavilənin detalları hələlik açıqlanmayıb.

Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək “Beşiktaş”da baş məşqçi vəzifəsini yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button