“Qarabağ”da daha 5 nəfər koronavirusa yoluxdu

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Makkabi” ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın 12-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.

Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçu – Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.