“Qarabağ”a vurduğumuz ilk qol hər şeyi dəyişdi” – Lopeteqi

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqinin Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la qarşılaşdıqları ilk oyunundan (3:0) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb:

  • Sona qədər mübarizə aparan “Sevilya” gördük. Son oyunlarda qol vura bilmirdiz, bu oyunda bunu da bacardız. Bu haqda nə deyə bilərsiz?
  • Rəqib öz meydanında oynayırdı. Oyunun əvvəlində bizə çətin oldu. İlk qol hər şeyi dəyişdi. Sonrasında daha asan oldu.
  • Gözlədiyiniz “Qarabağ”ı gördüzmü?
  • Təcrübəli komanda olduqları hiss olunurdu. Gözlədiyim komandanı gördüm.
  • Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. Püşk atılanda düşündüklərinizlə, indi düşündükləriniz eynidirmi?
  • Bu gün futbolda təəccübləndirici heç nə yoxdur. “Oyunu əvvəlcədən qazanmışam” demək düzgün deyil. Oynamadan bilmək olmur.
  • Kimdən, nədən razı və narazı qaldız?
  • Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda olaraq yaxşı oynadıq. Yaxşı komandaya qalib gəldik.
  • “Qarabağ”la “Sevilya” arasında fərq çoxdurmu?
  • APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. “Qarabağ” APOEL-i, APOEL də “Ayaks”ı keçə bilərdi. Fərq haqda bir şey deyə bilmərəm.
  • “Qarabağ”a burda 3 qol vurmaq necə hissdir?
  • Əsas 3 xal qazanmaq idi və istədiyimizə nail olduq.
  • Həftəsonu “Real”a uduzsaz, bunu uzaq səfərdən gəlmənizlə əlaqələndirməyəcəksiz?
  • “Real”la bağlı sabah danışarıq.

Şahin Cəfərov