“Qarabağ”a qarşı oyunda qalib gəlmək inanılmazdır” – “Linfild”in baş məşqçisi

Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Hili 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir.

Futbolçularımın nəyə qadir olduqlarını bilirəm. Ona görə də məni təəccübləndirmədilər. “Qarabağ”a qarşı oyunda qalib gəlmək inanılmazdır. Bir həftə sonra Bakıda oyunumuz var”.

“Qarabağ” – “Linfild” matçı avqustun 29-da keçiriləcək.