“Qarabağ”a qarşı növbəti dəfə intizam işi – UEFA tərəfindən

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə “Qarabağ”a qarşı intizam işi açıb.

Komanda.az xəbər verir ki, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.

Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bu məsələyə sentyabrın 19-da baxılacaq (Report).

Bir müddət əvvəl – iyulun 31-də “Dalğa Arena”da keçirilmiş “Qarabağ” – “Dandalk” (3:0) qarşılaşmasının ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insident baş verdiyi üçün UEFA tərəfindən Ağdam təmsilçisinə intizam işi açılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button