“Qarabağ”a qalib gələrək, üç xal qazanmaq istəyirik” – Çalımbay

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay açıqlama verib.

Komanda.az xəbər verir ki, “Radyospor”a danışan mütəxəssis, qrupdakı oyunlarla bağlı fikirlərini bölüşüb:

“Həm “Vilyarreal”, həm də “Makkabi” ilə oyunda (1:2) bəxtimiz gətirmədi. “Makkabi” ilə oyunda qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Zədəli futbolçularımız olduğu üçün dəyişiklik etməyə çətinlik çəkirdik. Qarşıdakı oyunlara köklənməliyik. Qarşıda 4 oyunumuz var. “Makkabi”ni İsraildə məğlub edəcəyimizi düşünürəm. “Qarabağ”a qalib gələrək, üç xal qazanmaq istəyirik”.

“Sivasspor” turnirin növbəti mərhələsində doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Oyun noyabrın 5-də keçiriləcək.