“Qarabağ” yoxlama oyunu keçirəcək – rəqib məlumdur

İyunun 1-dən məşqləri bərpa edən “Qarabağ” yoxlama oyunu keçirəcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın 21-ci turunda qarşılaşacağı “Qəbələ”ylə matçın hazırlıqlarını davam etdirən “köhlən atlar”, iyunun 9-da “Sabah”la yoxlama oyunu keçirəcək. “Bank Respublika Arena”da keciriləcək qarşılaşma saat 19:30-da start götürəcək.