“Qarabağ” “Səbail”i qol vurmağa peşman etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunda qarşılaşacağı “Qəbələ”ylə matçın hazırlığını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Səbail”lə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda kecirilən qarşılaşmaya saat 19:30-da start verilib. Qarşılaşma üç hissədən ibarət olub. Belə ki, komandalar arasındakı razılığa əsasən, bu matçda ilk 90 dəqiqə bitəndən sonra 3-cü hissə də oynanılıb. Lakin əlavə hissə 45 yox, 30 dəqiqə davam edib. Yeri gəlmişkən, ilk 90 dəqiqəni Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edibsə, son 30 dəqiqəni Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Oyuna gəlincə, hesabı “Səbail” açıb. Amma qalan dəqiqələrdə dörd qol vuran Ağdam təmsilçisi əzmkar qələbəyə sevinib.

“Köhlən atlar” ilk yoxlama oyununda “Sabah”a 5:0 hesabı ilə qalib gəlmişdi.

Yoxlama oyunu

13 iyun

Qarabağ – Səbail 4:1
Qol
: Mahir Emreli, 24. Ovusu Kvabena, 42. Qara Qarayev, 90. Filip Ozobiç, 116 – Bahadur Həziyev, 9.
Tofiq Bəhramov adına Respubliika Stadionu.

Qarabağ: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov (k), Abdullah Zubir, İsmayıl İbrahimli, Ovusu Kvabena, Abbas Hüseynov, Bədavi Hüseynov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button