“Qarabağ” yenə çempion? – Qalan turlar nə deyir?

Futbol üzrə Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan “Neftçi” bu gun xal itirdi.

Komanda.az xəbər verir ki, 24-cü tur çərçivəsində səfərdə “Səbail”lə qarşılaşan “ağ-qaralar” sonda 2:2 hesablı heç-heçə ilə barışmalı oldu.

Bu isə “Qarabağ”ın çempionluq şansını xeyli artırdı. Çünki turu qələbə ilə başa vuran Ağdam klubu artıq 54 xalla vahid liderdi.

Bəs qarşıdakı qalan turlarda vəziyyət dəyişə bilərmi? Sözügedən komandaların qalan oyunlarının siyahısına nəzər salaq:

25-ci tur
Sabah – Neftçi
Qarabağ – Keşlə

26-cı tur
Neftçi – Sumqayıt
Zirə – Qarabağ

27-ci tur
Qarabağ – Səbail
Qəbələ – Neftçi

28-ci tur
Neftçi – Qarabağ

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button