“Qarabağ” və “Makkabi” ilə matçlar daha əhəmiyyətlidir” – “Sivasspor”un baş məşqçisi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sivasspor”un (Türkiyə) baş məşqçisi Rıza Çalımbay açıqlama verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində “Vilyarreal”la keçirəcəkləri oyunla bağlı danışan mütəxəssis, bunları deyib:

“Rəqibimiz güclü komandadır. Hər şeyi təhlil etmişik. Həm klub, həm Türkiyə adına vacib oyunlara çıxacağıq. Qrupda keçirəcəyimiz ilk matç çox vacibdir. “Qarabağ” və “Makkabi” ilə matçlar daha əhəmiyyətlidir. Bu komandalarla oyundan sərfəli nəticə ilə ayrılmalıyıq. Heyətdə itkilərimiz var, amma İspaniyadan sərfəli nəticə ilə qayıtmağımız bizə üstünlük qazandıracaq”.

“Qarabağ” turnirin qrup mərhələsinin ilk turu çərçivəsində sabah səfərdə “Makkabi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button