“Qarabağ” və “Neftçi”nin futbolçusuna milli dəvət

Futbol üzrə Haiti millisinin Amerika kuboku oyunları üçün heyəti açıqlanıb.

Komanda.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Mark Kollat “Qarabağ”ın futbolçusu Donald Gerye və “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivara dəvət göndərib.

Haiti millisi Amerika kubokunda B qrupunda Kosta Rika, Nikaraqua və Bermud yığmaları ilə mübarizə aparacaq.