“Psixoloji olaraq turu keçəcəyimizə inanıram” – “Partizani”nin baş məşqçisi

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

Komanda.az “supersport.al” portalına istinadən xəbər verir ki, Tirana təmsilçisinin baş məşqçisi Franko Lerda komandasına güvəndiyini deyib:

“Cütlükdə favoritim yoxdur. Püşkatmadan sonra həmişə müzakirələr olur. Əsas olan rəqibin qarşısına yaxşı formada çıxmaqdır. Psixoloji olaraq turu keçəcəyimizə inanıram. Asan oyun yoxdur. Komandama inanıram və yaxşı olacağını düşünürəm”.

“Qarabağ” “Partizani” ilə ilk oyununu səfərdə keçirəcək. 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab matçları isə 16-17 iyul tarixlərində olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button