“Qarabağ” İstanbula yollandı

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün oyunun keçiriləcəyi İstanbul şəhərinə yollanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dekabrın 3-də keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Oyun ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq İstanbulda – “Başakşəhər Fatih Terim”  stadionunda keçiriləcək.