“Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Komanda.az xəbər verir ki, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

1-ci təsnifat mərhələsinin püşkü satab saat 14:30-da atılacaq.