“Qarabağ” Türkiyəyə yollandı

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Sivasspor”un qonağı olacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Bakı vaxtı ilə saat 11:30-da Sivas şəhərinə yollanıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 19:40-da media mənsublarının suallarını cavablandıracaq. Komanda Bakı vaxtı ilə saat 20:00-da matçın keçiriləcəyi “Sivas 4 Eylül” stadionunda son məşqinə çıxacaq.

“Sivasspor” – “Qarabağ” matçı sabah, saat 21:55-də start götürəcək.