“Qarabağ” Türkiyəyə yollandı

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün oyunun keçiriləcəyi İstanbul şəhərinə yollanıb.

Noyabrın 26-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Oyun ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq İstanbulda – “Başakşəhər Fatih Terim”  stadionunda keçiriləcək.