“Qarabağ”ın oyununda 6 qol

“Trabzonspor” klubunun dəvəti ilə Türkiyəyə yollanan “Qarabağ”ın U-13 komandası daha 3 yoxlama oyunu keçirib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Trabzonspor”lu həmyaşıdlarına 2:4 hesabıyla məğlub olub, “Telekom” klubunu 4:0, “Söğütlüspor”u isə 3:1 hesabıyla məğlub edib.

“Qarabağ”ın U-13 komandası bir müddət əvvəl “1461 Trabzon”un U-12 komandasıyla qarşılaşmış və 6:1 hesablı qələbə qazanmışdı.