“Qarabağ” sürətli oyun sərgiləyir, ancaq…” – “Dandalk”ın bombardiri

“Dandalk”ın hücumçusu Patrik Hoban Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqları ilk oyun haqda fikirlərini bildirib.

Komanda.az “irishmirror.ie” saytına istinadən xəbər verir ki, “Dandalk” tarixinin bombardiri olan 28 yaşlı hücumçu, “Qarabağ”ın zəif tərəflərinin olduğunu deyib:

“Təyyarəyə minən kimi “Qarabağ”a kökləndik, onları noutbukla izlədik. Hamımız “Qarabağ”ı izləyən məşqçimiz Ruaddri Hiqqinsin yanında durub, baxırdıq. Onların oyun keyfiyyətini görə bilirdik. “Qarabağ” sürətli oyun sərgiləyir, ancaq zəif tərəfləri də var. Biz də həftə ərzində bunun üzərində çalışdıq. Bundan yararlanmalı və səbrli olmalıyıq. Ümid edirəm ki, bu gecə işimizin öhdəsindən düzgün gələcəyik”.

“Dandalk” – “Qarabağ” matçı bu gün, saat 22:45-də başlayacaq.