“Qarabağ”: Son məşqin və mətbuat konfransının vaxtı bilindi

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ”ın son məşqinin vaxtı məlum olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabah Bakı vaxtı ilə 19:30-da “Partizani” ilə qarşılaşmanın keçiriləcəyi “S.Stermazi” stadionunda oyunöncəsi son məşqinə çıxacaq. “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı isə məşqdən 15 dəqiqə öncə baş tutacaq.

“Partizani” – “Qarabağ” matçı iyulun 10-da, saat 19:30-da başlayacaq. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button