“Qarabağ” “Sileks”i keçsə… – potensial rəqiblər

“Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Komanda.az xəbər verir ki, təmsilçimiz Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdırsa, 2-ci təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq.

“Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi:

“Midtyulland” (Danimarka)

“Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi

“Floriana” (Malta) – CFR (Rumıniya) cütünün qalibi

“Ferensvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) cütünün qalibi

“Çelye” (Sloveniya) – “Dandolk” (İrlandiya) cütünün qalibi

“Flora” (Tallin, Estoniya) – “Suduva” (Litva) cütünün qalibi

“Klaksvik”(Farer adaları) – “Slovan” (Slovakiya) cütünün qalibi

“Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) cütünün qalibi

“Ararat” (Ermənistan) – “Omoniya” (Kipr) cütünün qalibi isə
“Qarabağ”la qarşılaşa bilməz.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. Bu mərhələnin qarşılaşmaları 25-26 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button