İspaniya mətbuatı “Qarabağ” – “Sevilya” matçının heyətlərini açıqladı

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Sevilya” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatı saat 20:55-də start götürəcək qarşılaşmada “Sevilya”nın təxmini heyətini açıqlayıb. “Qarabağ”ın da ehtimal 11-liyini yazan ispanlar, Ağdam təmsilçisində Xayme Romeronun ehtiyatda, Araz Abdullayevin isə start heyətdə meydanda olacağını göstərib.

“Qarabağ”ın təxmini 11-liyi: Asmir Beqoviç – Rəşad Sadıqov, Maksim Medvedev, Ailton Silva, Faysal Rerras – Miçel, Riçard Almeyda, Dani Kintana – Araz Abdullayev, Abdullah Zubir, Maqaye Qeye.

“Sevilya”nın təxmini 11-liyi: Bono – Serxi Qomes, Dieqo Karlos, Xules Kunde, Serxio Eskudero – Nemanya Qudeli, Xoan Cordan, Franko Vaskes – Munas Dabbur, Çiçarito, Munir Əl-Həddadi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button