“Qarabağ” – “Sevilya”: Hakim təyinatları açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu üçün hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yeven Aranovski olacaq. Ona Semen Şlonçak və İhor Alokin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yaroslav Kozuk yerinə yetirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” görüşü sentyabrın 19-da, saat 20:55-də başlayacaq.