“Qarabağ”dan ilk dövrədə maksimum nəticə

Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış oyununda “Sumqayıt” “Keşlə”ni qəbul edib. Tərəflər bu oyunda qol vurmadan 1 xal qazanıblar.

Günün digər oyununda “Səbail” səfərdə “Neftçi” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda qalib gəlməklə turnir cədvəlində “Səbail”i geridə qoyublar.

“Qarabağ” bu turda “Sabah”ı, “Zirə” isə “Qəbələ”ni qəbul edib. Zirədəki oyunda heç-heçə qeydə alınıb. “Qarabağ” isə bu oyunda da qələbə qazanmaqla ilk dövrəni maksimum nəticə ilə başa vurub.

Azərbaycan Premyer Liqası, 7-ci tur

5 oktyabr

Sumqayıt – Keşlə 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 94. Nicat Mehbalıyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

Neftçi – Səbail 2:1
Qol: Stiven Monroz, 41. Anton Krivotsyuk, 44 – Ağabala Ramazanov, 81.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
8-ci km stadionu

Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 56. Elton Əlibəyli, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Roberto Bordin.
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 18. Akşin Qurbanlı, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

______________________________________________________________________________

6 oktyabr

Zirə – Qəbələ 1:1
Qol: İlkin Muradov, 67 – Ülvi İsgəndərov, 64.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu

Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 99. Rafael Məhərrəmli, 93. Seyxan Fərəcov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

______________________________________________________________________________

Qarabağ – Sabah 2:0
Qol: Maqaye Qeye, 17. Abbas Hüseynov, 51.
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 79.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu.

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov (k), 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button