Qurban Qurbanovla 800-cü qol

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu topa Rahil Məmmədov imza atıb. O, Premyer Liqanın 14-cü turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açmaqla buna nail olub.

2008-ci ilin yayından Ağdam klubunu çalışdıran 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.

“Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola Artim Şakiri imza atıb.