“Qarabağ” – “Qəbələ” matçının hakimi bilindi

Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Turun mərkəzi görüşü olan “Qarabağ” – “Qəbələ” matçını Rauf Cabarov idarə edəcək.

21-ci turun oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Azərbaycan Premyer Liqası, 21-ci tur

14 mart

Sabah – Keşlə
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”, 16:00

Qarabağ – Qəbələ
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

15 mart

Sumqayıt – Səbail
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sumqayıt şəhər stadionu, 16:00

Neftçi – Zirə
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
8-ci km stadionu, 18:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button