“Qarabağ” “Neftçi”nin qisasını ala bilmədi

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam klubu Macarıstan təmsilçisi “Uypeşt”lə qarşılaşıb. “Uypeşt” bu mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində “Neftçi”ylə qarşılaşmış, cavab matçında “ağ-qaralar”ı darmadağın edərək, mübarizədən kənarlaşdırmışdı.

“Gloria Sports Arena”da keçiriləcək matçda Ağdam klubu macarlara minimal hesabla uduzub.

“Qarabağ” ilk sınaq matçını yanvarın 12-də “Botoşani”yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən bu qarşılaşma təxirə salınıb.

Yoxlama oyunu

16 yanvar

Qarabağ – Uypeşt (Macarıstan) 0:1

Qarabağ: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dani Kintana, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Riçard Almeyda, Bədavi Hüseynov, Donald Gerye

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button