Premyer Liqada mövsümə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son turunun oyunları keçirilib.

Komanda.az turun mərkəzi matçında “Qarabağ”la “Neftçi” üz-üzə gəlib. Bu oyunun nəticəsi turnir cədvəli baxımından heç nəyə təsir etməsə də, hər iki komandanın azarkeşləri üçün maraqlı olacağını gözləmək olardı. Ağdam təmsilçisi darmadağınla qalib gəlib.

Nəticəsi maraqla gözlənilən daha bir matç Qəbələdə keçirilib. “Sabah” səfərdə yerli komanda ilə qarşılaşıb. “Qəbələ” avrokuboklara vəsiqəni belə desək, məhz “Sabah”ın əlindən aldı. Bakı təmsilçisi mövsümdəki son oyununda “Qəbələ”yə gücünü göstərmək istəyib. Amma bu qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Üçüncü pillədə qərarlaşan “Zirə” isə “Şamaxı” ilə qarşılaşıb. Zirəlilər son oyundan qolsuz ayrılsalar da, bu, sözügedən komandanın mövsümü bürünc medalla başa vurmasına mane olmayıb.

“Sumqayıt” isə “Səbail”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda 5 cavabsız qola seviniblər.

Azərbaycan Premyer Liqası, 28-ci tur

21 may

Zirə – Şamaxı 0:0
Qırmızı vərəqə: H.Keyta, 87.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu

Zirə: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Məşqçi: Vaqif Paşayev

Şamaxı: 27. Əkpər Vəliyev, 99. Rafael Məhərrəmli (k), 11. Sadio Tounkara, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 19. Fəhmin Muradbəyli, 24. Nihad Tamazov, 80. İbrahim Novruzov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov
Baş məşqçi: Rüstəm Əliyev

Qəbələ – Sabah 1:1
Qol: M.Musayev, 68 – A.Kaşuk, 86.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 12. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

Sabah: 94. Yusif İmanov 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 99. Hiqor Qabriel, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 15. Kristian da Silva, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Məşqçi: Vitaliy Korneyev

Sumqayıt – Səbail 5:0
Qol: A.Nuriyev, 4. Ə.Qurbani, 35; 42. E.Bədəlov, 51. V.Bəybalayev, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt şəhər stadionu

Sumqayıt: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 9. Əli Qurbani, 74. Yusif Nəbiyev, 91. Anatoli Nuriyev, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.

Səbail: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev (k), 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ – Neftçi 4:1
Qol: P.Andrade, 5; 14. K.Borges, 10. İ.Brkiç, 57-öz qapısına – R.Maçado, 71.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. İvan Brkiç, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç (k), 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.