“Neftçi” “Qarabağ”a müqavimət göstərə bilmədi

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb. “Sabah” isə bu turda “Qəbələ”ni sınağa çəkib. Sonuncu iki pillədə qərarlaşan bu kollektivlər yeni mövsümdəki ilk qələbələrini qazanmaq istəyindəydi. Bu oyun həm də Sənan Qurbanovun istefasından sonra “Qəbələ”yə müvəqqəti baş məşqçi təyin olunan Elmar Baxşıyev üçün debüt xarakteri daşıyırdı. Bölgə təmsilçisi məhz belə bir oyunda səfərdə minimal hesabla qələbə qazanıb. Roman Hüseynovun vurduğu yeganə qol həm “Qəbələ”nin cari mövsümdə rəqib qapılarından keçirdiyi ilk top olub, həm də komandasına ilk 3 xalı qazandırıb.

Tura bu gün keçirilən iki qarşılaşma ilə yekun vurulub. Günün ilk oyununda “Keşlə” “Səbail”lə üz-üzə gəlib. Paytaxt təmsilçilərinin duelində qonaqlar 3 xalı bayram ediblər.

5-ci turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Lider “Qarabağ” doğma azarkeşləri qarşısında “Neftçi”ni qəbul edib. Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycan Premyer Liqası, 4-cü tur

14 sentyabr

Sumqayıt – Zirə 1:2
Qol: Tellur Mütəllimov, 16-öz qapısına – Xulio Sezar Rodrigez, 5. Şafik Tirqudja, 88.
Hakimlər:
Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu, 18:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 9. Amil Yunanov, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 18. Süleyman Əhmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 48. Şafik Tiqrudja, 18. Xulio Sezar Rodrigez, 5. Anastasios Papazoqlu, 25. Miloş Bakraç, 11. Soni Norde, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 27. Adrian Skarlatake, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli, 50. Mirqələm Həsənov.
Baş məşqçi: Samir Abasov.

Sabah – Qəbələ 0:1
Qol: Roman Hüseynov, 47.
Hakimlər:
Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:00

Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 14. Rəşad Eyubov, 17. Məhəmməd Mirzəbəyov, 7. Coşqun Diniyev, 23. Amadu Diallo, 27. Hendrik Eksteyn, 19. Rocer Roxas, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Məqsəd İsayev, 5. Kərim Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov, 9. Davit Volkov, 21. Fernan Lopes, 77. Merab Giqauri, 10. Klesio Bauk, 3. İviça Zuniç, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

15 sentyabr

Keşlə – Səbail 1:2
Qol: Lorenso Frutos, 54 – Mirabdulla Abbasov, 18; 31-pen.
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
8-ci km stadionu, 18:00

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 25. Con Kamara, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 11. Ruslan Qurbanov, 14. Emin Mehtiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.
Səbail: 85. Kamal Bayramov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ – Neftçi 2:0
Qol: Mahir Emreli, 31. Abdullah Zubir, 69.
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Aylton Silva, 8. Markos Madera, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 9. Baqali Dabo, 28. Stiven Monroz, 25. Kiril Petrov, 77. Donald Gerye, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 93. Soni Mustivar, 10. Dario Federiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button