“Qarabağ” – “Neftçi” matçının başlama vaxtı bilindi

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son turunun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, turun mərkəzi oyunu olan “Qarabağ” – “Neftçi” qarşılaşması saat 19:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası, 28-ci tur

21 may

Zirə – Şamaxı
Zirə İdman Kompleksinin stadionu, 17:00

Qəbələ – Sabah
Qəbələ şəhər stadionu, 17:00

Sumqayıt – Səbail
Sumqayıt şəhər stadionu, 19:00

Qarabağ – Neftçi
“Azersun Arena”, 19:30