Qarabağ müharibəsi qaziləri “Kəpəz”in üzvləri ilə görüşdü

Gəncədə yeni yaradılan Qarabağ müharibəsi qazilərindən ibarət “Gəncə” komandası şəhər stadionunda olub.

Komanda.az “Kəpəz”in saytına istinadən xəbər verir ki, klubunun dəvəti ilə arenaya gələn veteranlar məşq zamanı əsas komandanın üzvləri ilə görüşüblər.

“Sarı-göylər”in baş məşqçisi Etibar İbrahimov Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən vətən övladladlarının qarşısında baş əydiklərini, onların hər zaman xüsusi  sevgi və dərin hörmətə layiq olduqlarını deyib. Daha sonra gənc mütəxəssis məşqçilər korpusu və futbolçuların imzaladığı topu, eyni zamanda komandanın şərəfini qazilərin kapitanına hədiyyə edib.

Dəvətə və isti qarşılanmaya görə “Kəpəz”ə təşəkkür edən veteranlar qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıblar. “Sarı-göylər”ə mümkün qədər stadiondan dəstək verməyə çalışacaqlarını bildiriblər.

Görüşün sonunda qazilər “Kəpəz”in futbolçuları birlikdə məşq edib, xatirə üçün kollektiv şəkil çəkdiriblər.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button