“Qarabağ” Matiçin transferini rəsmən açıqladı

“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi son olaraq APOEL-də çıxış edən Uroş Matiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı serbiyalı yarımmüdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb. Matiç müqavilə ilə “Kopenhagen” klubuna məxsus idi. O, son mövsümdə icarə əsasında Kiprin APOEL klubunda forma geyinib.

Matiç “Qarabağ”da 8 nömrəli forma ilə mübarizə aparacaq.