“Qarabağ” – 10 komandadan biri

“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Hesabında 2 qələbə və 1 heç-heçə olan “köhlən atlar” təkcə Belçikanın “Gent” klubundan geri qalır. “Gent” B qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.

Siyahıda “Qarabağ” və “Gent”lə yanaşı, Avstriyanın LASK, İsveçrənin “Bazel”, Norveçin “Bude-Qlimt”, İsrailin “Makkabi” (Təl-Əviv), Fransanın “Lill”, Yunanıstanın PAOK, Niderlandın “Feyenoord” və “Alkmaar” komandaları da var.

“Qarabağ” Konfrans Liqasının dünən keçirilən 3-cü turunun oyununda Bakıda Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbə qazanıb.