“Qarabağ” – “Lex”: Cavab matçının hakimləri açıqlandı

Bakıda “Qarabağ” və “Lex” (Polşa) arasında keçiriləcək UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.