“Qarabağ” yeni transferini rəsmən açıqladı

“Qarabağ” “Leqanes”dən Kvabena Ovusunu transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi “facebook” səhifəsi məlumat yayıb. 22 yaşlı hücumçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.

İspaniya mətbuatının xəbərinə görə, “Qarabağ” qanalı forvard üçün “Leqanes”ə 300 min avro ödəyib.

Son mövsümdə İspaniyanın B Sequndasında mübarizə aparan “Kordoba”da icarə əsasında çıxış edən Ovusu, 16 oyunda 6 qol vurub. Hücumçu 23 yaşadək futbolçulardan ibarət Qana millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button