“Qarabağ” layiqli qələbə qazandı” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanırıq ki, buna görə layiqli cəzalarını verəcəyik. Komandalar arasındakı fərq hiss olunur. “Qarabağ” təşkilatlanmış komandadır, biz isə yenilənmişik. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olub, layiq olduğumuz yerlərə qalxacağıq.
  • Nəticə oyuna görə olmadı. Son dəqiqələrdə komandada nə baş verdi ki, qısa zamanda 2 qol buraxdız?
  • Fərqlənmək şanslarımız oldu. “Qarabağ” elə komandadır ki, hər zaman təzyiq göstərir. Düşünürəm ki, bu gün layiqli qələbə qazandılar.
  • Qismət Alıyevin yoxluğu hiss olundu. Onun yerini doldura biləcəksiz?
  • Yeri görünəcək. Gedişinə heyfslənmək lazım deyil. Əksinə, daha da artığına çalışmalıyıq. Gənc futbolçularımız var, düşünürəm ki, gələcəkdə Qismətin yerini tuta biləcəklər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button