“Qarabağ” – “Kayrat”: Biletlər tükənir

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna bilet satışı davam edir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matç üçün artıq 13 mindən çox bilet satılıb. Oyun üçün satışa çıxarılmış 15500 biletdən cəmi 2000-i qalıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button