“Qarabağ” – “Omoniya”: Neçə bilet satılıb?

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün Kiprin “Omoniya” komandasını qəbul edəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Komanda.az-a verdiyi məlumata görə, qarşılaşmaya 13500 bilet satılıb.

Bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.