“Qarabağ” – “Kayrat” matçına satılan biletlərin sayı…

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turun çərçivəsində, oktyabrın 21-də Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya azarkeş marağı böyükdür. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Komanda.az-a verdiyi məlumata görə, qarşılaşmaya artıq 9 min bilet satılıb.

Oktyabrın 21-də keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.