“Qarabağ”dan ayrıldı – 15 ildən sonra

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov işindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə İbrahimov “facebook” hesabında məlumat yayıb. O, “Qarabağ” klubundakı vəzifəsindən ayrıldığını bildirib.

Nurlan İbrahimov ermənilərin Bərdədə törətdiyi terror aktının təsiri altında “facebook” səhifəsində düşmənə nifrət tonlu paylaşım etmişdi. UEFA İbrahimovu bu paylaşımına görə futboldan ömürlük kənarlaşdırmışdı.

Nurlan İbrahimov 2006-cı ildən “Qarabağ” klubunda çalışırdı.