“Qarabağ” 100-dən çox uşağa baxış keçirdi FOTOLAR

“Qarabağ” klubunun akademiya heyəti bu gün Müşfiqabad qəsəbəsində olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib.

“Qarabağ” bu layihəni reallaşdırmaqla komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmağa çalışır. Bu layihə digər bölgələrimizdə də keçiriləcək.